Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranın Arakdakı nüvə reaktoru və Xondabdakı ağır su reaktoru vuruldu

İsrail ordusu İranın Arak bölgəsində yerləşən nüvə reaktorunu uğurla hədəfə aldığını elan edib.

İsrail ordusu “X” platformasındakı paylaşımında bildirib ki, bu reaktor nüvə silahı istehsal etmək üçün tikilmişdi və artıq zərərsizləşdirilib.

Bundan başqa, İranın Xondab şəhərində ağır su reaktorunun yerləşdiyi əraziyə də zərbə endirib. ISNA agentliyi Xondabda ağır su reaktorunun yaxınlığındakı ərazi İsrailin hücumuna məruz qaldığını açıqlayıb: “Səlahiyyətlilər bildiriblər ki, obyektdə əvvəlcədən təxliyə aparılıb, sızma təhlükəsi yoxdur”.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də Xondabda tikilməkdə olan ağır su reaktorunun zədələndiyini təsdiq edib: “AEBA Xondabda (keçmiş Ərak) tikilməkdə olan ağır su reaktorunun zədələnməsi ilə bağlı məlumata malikdir. Reaktor fəaliyyətdə deyildi və heç bir nüvə materialı ehtiva etmirdi, buna görə də radiasiya təhlükəsi yoxdur”.