Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrandakı hərbi əməliyyatların ilk həftəsi ABŞ-yə 6 milyard dollara başa gəlib

ABŞ İranda hərbi əməliyyatın ilk həftəsində təxminən 6 milyard dollar xərcləyib.

Bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Pentaqon bu həftə konqresə məhz bu məbləği açıqlayıb. Nəşr qeyd edib ki, sözügedən vəsaitin 4 milyard dolları döyüş sursatlarına, əsasən, İran raketlərinin qarşısını alan sistemlər üçün xərclənib.

Nəşr yazıb ki, qanunvericilər ABŞ administrasiyasının konqresdən hərbi əməliyyat üçün əlavə maliyyələşmə istəyəcəyini gözləyirlər.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. ABŞ və İsrailin hava zərbələri nəticəsində İranın ali rəhbəri Əli Xamenei fevralın 28-i səhər saatlarında öldürülüb, lakin İranda bu məlumat yalnız martın 1-də təsdiqlənib. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.