İranda “Mossad”la əlaqəli 20-dən çox şəxsin saxlanıldığı bildirilir
07 Avqust 2026
İranda “Mossad”la əlaqəli şəxslərin həbs olunduğu bildirilir.
Bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, Kirman vilayətində İsrailin xarici kəşfiyyat xidməti ilə əməkdaşlıqda şübhəli bilinən 21 nəfər müəyyən edilib və onlar saxlanılıb.
Saxlanılan şəxslər hərbi, müdafiə sahəsində həssas və məxfi obyektlər barədə məlumatları toplayaraq “Mossad”a ötürməkdə ittiham olunur.