Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda kömür mədənindəki partlayış - 30 ölü

İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərində kömür mədənində partlayış baş verib. 

“Mehr” agentliyi xəbər verir ki, regionun böhranla mübarizə departamentinin baş direktoru Məhəmməd Əli Axundi partlayış nəticəsində 30 nəfərin öldüyünü bildirib.

Onun sözlərinə görə, partlayış zamanı Tabas kömür mədəninin C və B bloklarında 69 fəhlə işləyirmiş. Bu səbəbdən, ölənlərin sayının artması ehtimalı var. Partlayışdan sonra yanğın olmayıb.

Mədənin 250 m dərinliyində partlayışa səbəb tunellərdə metan qazının cəmləşməsi olub. Hazırda xilasetmə işləri hər biri beş nəfərdən ibarət səkkiz ixtisaslaşdırılmış qrup tərəfindən həyata keçirilir.