İranda işimiz bitməyib, məqsəd rejimi devirməkdir - Netanyahu
10 Mart 2026
İrandakı rejimi çökdürmək xalqın əlindədir.
“The Times of Israel” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
“Nəticədə bu onlardan asılıdır. Amma şübhə yoxdur ki, indiyə kimi atılan addımlarla onların “sümüklərini sındırırıq” və işimiz hələ bitməyib”, - Netanyahu İran hakimiyyətini nəzərdə tutaraq bildirib.
O, İsrailin dünyada tutduğu mövqedə böyük bir dəyişikliyin meydana gəldiyini əlavə edib.
Eyni zamanda, Baş nazir qeyd edib ki, əgər İsrail İran xalqı ilə birlikdə uğur qazana bilsə, "fundamental dəyişikliklər" olacaq.