Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda ardıcıl güclü yeraltı təkanlar baş verib

İranın cənubunda 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 20 900 nəfər əhalisi olan Kiş şəhərindən 32 km şimal-şərqdə yerləşib.

Zəlzələnin gücü Hörmüzqan əyalətində 5.6 bal gücündə olub.





Yeraltı təkanlar Hörmüzqan əyalətinin Bəndər Çark bölgəsində yerin 22 kilometr dərinliyində qeydə alınıb.













Hələlik dağınıtılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, artıq iki həftədən çoxdur ki, Hörmüzqan əyalətində davamlı zəlzələlər qeydə alınır.

Hadisə nəticəsində evlərə ziyan dəydiyi bildiilir.