Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrana qarşı hərbi əməliyyatlarda ABŞ-ın 4 hərbçisi həlak olub

ABŞ-ın Yaxın Şərqdə hərbi əməliyyatlarda həlak olan hərbçilərinin sayı 4-ə çatıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, əməliyyat zamanı 18 hərbçi yaralanıb.

“Ağır yaralanan dördüncü hərbçimiz həlak olub. Döyüş əməliyyatları və cavab zərbələrimiz davam edir”, - məlumatda qeyd olunub.

Pentaqonun rəsmən etiraf etdiyi dörd hərbçinin hamısı İranın Küveytə hücumu nəticəsində həlak olub.