İran yenidən İsrailə raketlər atıb
28 Fevral 2026
İran İsrail istiqamətində raketlər buraxıb.
Bu barədə İsrail Müdafiə Ordusunun rəsmi telegram kanalında bəyanat dərc olunub.
"Bu yaxınlarda İsrail müdafiə qüvvələri İran ərazisindən İsrail dövlətinə doğru raket buraxılışları qeydə alıb. Təhdidi aradan qaldırmaq üçün müdafiə sistemləri işə salınıb", - bəyanatda deyilir.
Məlumata görə, İsrail hərbçiləri zərbələri dəf etməyə hazırlaşır.
İrandan İsrailə yeni raket dalğası müşahidə olunub.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
"Hazırda İsrailin Havadan Müdafiə Sistemləri təhdidləri müəyyənləşdirmək və zərərsizləşdirməklə məşğuldur”, - məlumatda deyilir.