İran XİN rəhbəri: Netanyahu İranı parçalamaq istəyir
20 İyul 2026
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu İslam Respublikasını məhv etmək istəyir.
O, bunu müsahibəsində deyib.
"Netanyahu bildirib ki, yarımçıq qalmış bir iş var və bu, İslam Respublikasının məhv edilməsidir", - Əraqçi vurğulayıb.
Onun sözlərinə görə, Netanyahu bu səbəbdən ABŞ Prezidenti Donald Trampı İranla müharibəyə yönəldib:
"Düşmən qeyd-şərtsiz təslim olma tələbi ilə başlayıb və son nəticədə İranla memorandum imzalayıb. Yəni İran ABŞ qarşısında mövqeyini qoruyub və bu ölkəni İslam Respublikasının suverenliyinə hörmət etməyə məcbur edib".