
İran XİN: Omanda ABŞ ilə danışıqlar konstruktiv olub
13 Aprel 2025
Omanda ABŞ ilə danışıqlar konstruktiv olub.
Bu barədə İran Xarici İşlər Nazirliyinin teleqram kanalında dərc olunmuş bəyanatda deyilir.
“Omanın vasitəçiliyi ilə baş tutan danışıqlar konstruktiv atmosferdə və qarşılıqlı hörmət əsasında baş tutub”, - məlumatda bildirilir.
Həmçinin İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff gələn həftə İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Xatırladaq ki, dünən İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqlar İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətə həsr olunub və Omanın vasitəçiliyi ilə baş tutub.