İran uran ehtiyatlarını təhvil vermək təklifini rədd edib
27 Fevral 2026
İran uranın "sıfır zənginləşdirilməsi" tələbini qəbul etmir, uran ehtiyatlarını təhvil vermək fikrində deyil və ABŞ-nin nüvə obyetlərinin sökülməsi tələbini rədd edir.
Bunu adı çəkilməyən iranlı rəsmi deyib.
"Həll təklifimiz nüvə silahı istəmədiyimizi sübut edən texniki, praktik yollar və məlumatları ehtiva edir" , - o bildirib.
İranlı rəsminin sözlərinə görə, uranln zənginləşdirməsi suveren hüquqdur: "Cenevrədəki təklifimiz siyasi olaraq ciddidir və dərhal bir razılaşmaya nail olunması məqsədi daşıyır".