İran Səudiyyə Ərəbistanında ən böyük neft emalı zavodunu vurub
02 Mart 2026
İranın "Shahed-136" dronları Ras-Tannurada (Səudiyyə Ərəbistanında şəhər) "Saudi Aramco" şirkətinin ən böyük neft emalı zavoduna (NEZ) hücum edib.
Bu barədə xarici KİV-lər xəbər verir.
Məlumata görə, İran Səudiyyə Ərəbistanının kritik enerji infrastrukturu obyektinə - "Aramco" şirkətinin Ras-Tannura şəhərindəki neft emal zavoduna hücum etmək üçün "Shahed-136" pilotsuz uçuş aparatlarından istifadə edib.
Şahidlər zavodun ərazisində güclü partlayışlar və yanğınlar barədə xəbər verirlər, obyektin üzərindən qatı tüstü qalxır.
"Times of Israel"in məlumatına görə, pilotsuz uçuş aparatının zərbəsi obyektdə yanğına səbəb olub, yanğını lokallaşdırmaq mümkün olub.