Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran Qətər və İraqdakı ABŞ hərbi bazalarına hücum edib

Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib.

Bu haqda BBC məlumat yayıb. 

İranın Qətərdəki ABŞ bazalarına 6 raket atdığı bildirilir. Bundan başqa, İran İraqdakı ABŞ hərbi bazasını da raket atəşinə tutub. 

İran dövlət televiziyası Qətərə hücumla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “İran ABŞ-ın Qətərdəki Əl-Udeyd bazasına qarşı əməliyyata başlayıb.”

İran əməliyyata “Böyük fəth müjdəsi” adı verib

Qətərin “əl-Cəzira” telekanalı raketlərdən üçünün hərbi bazanın ərazisindəki obyektlərə düşdüyünü açıqlayıb.