Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran prezidentinin helikopteri qəzaya uğrayıb

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.

Bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.

“Mehr”in məlumatına göə, helikopter sərt eniş edən zaman göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian xəsarət almayıb.

Amma digər mənbələr bu əlumatı təsdiqləmirlər. 

"İran prezidenti İbrahim Rəisi və xarici işlər nazirini daşıyan helikopter bazar günü Azərbaycanla sərhədə səfərdən qayıdıb qatı duman içində dağlıq ərazini keçərkən qəzaya uğrayıb". Bunu "Reuters"ə İran rəsmilərindən biri deyib. 

Rəsmi şəxs bildirib ki, Rəisi və xarici işlər naziri Hüseyn Əmirabdollahyanın həyatı "helikopter qəzasından sonra risk altındadır".

"Biz hələ də ümidliyik, lakin qəza yerindən gələn məlumatlar çox narahatlıq doğurur" deyə İran rəsmisi bildirib.

Qeyd edək ki, İran TV-lərində bütün proqramlar dayandırılıb. Televiziyalar bütün ölkə üzrə Rəisi üçün duaların edildiyini və ekranın bir küncündə sıx dumanda dağlıq ərazidə piyada axtarış aparan xilasetmə qruplarının canlı yayımını göstərirlər.