Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran Prezidenti İbrahim Rəisi həlak olub

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.

Bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivand bildirib.


“Qəzaya uğrayan helikopterin yeri tapıldıqda, onun sərnişinlərinin canlı olmasına dair heç bir əlamət aşkar edilməyib”, - o deyib. Təyyarədə həmçinin xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.

İranın Mehr Agentliyi də İbrahim Rəisinin helikopter qəzasında həyatını itirdiyini təsdiqləyib.

Öz növbəsində İranın vitse-prezidenti Möhsün Mənsuri dövlət başçısının helikopter qəzasında öldüyünü təsdiqləyib.

Helikopterdə eyni zamanda xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub. 

Bundan əvvəl qəzaya uğramış helikopterinin qalıqları tapılıb. “Reuters” agentliyi adı açıqlanmayan mənbəyə istinadən xəbər verir ki, helikopter, eləcə də onun içində olanların hamısı qəzada yanıblar. Ölənlərin cəsədi DNT analizi ilə identifikasiya edilməlidir.