İran Prezidenti azərbaycanca şeir dedi - VİDEO
17 Fevral 2025
İran Prezidenti Məsud Pezeşkian Təbrizdə Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirini səsləndirib.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Prezident İranın ən iri şəhərlərindən biri olan Təbrizdə keçirilən mədəniyyət həftəsinin bağlanış mərasimində şeiri səsləndirərkən ona bir nəfər yaxınlaşıb. Həmin şəxsin İran Prezidentinə nə dediyi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Həmin görüntüləri təqdim edirik: