İran ordusunun və SEPAH-ın rəhbərliyi, Xameneinin müşaviri, atom fizikləri məhv edilib - FOTOLAR
13 İyun 2025
İsrailin İranın müxtəlif ərazilərinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami ölüb.

Bu barədə İran mediasına istinadən xəbər verir.
“SEPAH” öz növbəsində bəyanat yayaraq baş komandanının öldüyünü təsdiqləyib.
İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid də öldürülüb.
Bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Bundan başqa İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şəmxani İsrailin zərbəsi nəticəsində ağır yaralanıb. Bəzi məlumatlara görə, Şamxani ölüb.

Eyni zamanda hava zərbələri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançinin vəfatına səbəb olub.
Artıq İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei İsrailin endirdiyi hava zərbələri nəticəsində ölən Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salaminin yerinə təyinatlar həyata keçirib.
Həbibullah Səyyari ordunun müvəqqəti qərargah rəisi, Əhməd Vahidi isə “SEPAH”ın baş komandanı təyin edilib.