İran israilli iş adamının gəmisini ələ keçirib
13 Aprel 2024
İran Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən gəmini ələ keçirməkdə ittiham olunur.
Bu barədə Böyük Britaniyanın “The Argus” qəzeti məlumat yayıb.
Bildirilib ki, qrupun gəmiyə endirilməsi üçün İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid olduğu iddia edilən helikopterdən istifadə olunub.
Qeyd edilib ki, Portuqaliya bayrağı altında üzən “MCS Aries” konteyner gəmisi israilli milyarder Eyal Oferin sahib olduğu “Zodiac Maritime”a məxsusdur.
Artıq İran tərəfi Sepah-ın Hörmüz boğazında konteyner gəmisini ələ keçirdiyini təsdiqləyib.
Nəşrin məlumatına görə, hadisə böyük ehtimalla İsraillə İran arasında gərginliyin artması nəticəsində baş verib.