Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran hansı tarixdə vurulacaq? - 9 noyabr deyilir...

ABŞ noyabrın 9-da İrana qarşı hərbi əməliyyatları yenidən başlamaq ehtimalını nəzərdən keçirir.

Bu iddia ilə öz mənbələrinə istinadla "Fox News" telekanalı çıxış edib.

Məlumata əsasən, çərşənbə və cümə axşamı günləri Ağ Evdə bu məsələ ilə bağlı müzakirələr aparılıb. Telekanalın mənbələri bildiriblər ki, əməliyyatların noyabrın 9-da bərpası variantı diqqət mərkəzindədir.

Buna səbəb yeni Ayın çıxmasının həmin tarixə təsadüf etməsidir ki, bu da hərbi əməliyyatların həyata keçirilməsi üçün "əlverişli şərait" hesab olunur.

Bundan əlavə, telekanalın məlumatında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) hərbi əməliyyatların bərpası üçün hazırlıq işlərini yekunlaşdırdığı vurğulanır. Lakin hələlik ordu rəhbərlikdən heç bir yeni göstəriş almayıb.