Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə səkkiz nəfəri qətlə yetirən cinayətkar ifadə verdi

Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniye rayonunda ov tüfəngi ilə 8 nəfəri qətlə yetirən və 1 nəfəri ağır yaralayan Arif Sefa Özdemirin ilkin ifadəsi ilə hadisənin qorxunc detalları ortaya çıxıb.

Bu barədə “Haber Global” məlumat verir.

İddiaya görə, şübhəli üç nəfəri kombayn üstündə mübahisə zəminində, digər beş nəfəri isə nəqliyyat vasitələrini oğurlamaq məqsədilə öldürüb. Bildirilir ki, Arif Sefa Özdemir keçən il Ahmet Uzeldən 40 000 avroya kombayn satın alaraq bu kombaynla Manisa və İzmir ətrafında işləməyə başlayıb. Lakin İzmirdə tarlada işləyərkən kombayn qəfildən alovlanaraq istifadəyə yararsız hala düşüb və bundan sonra Arif ilə Ahmet arasında mübahisə yaranıb.

Özdemirin ifadəsinə görə, Uzel ötən həftə onunla görüşüb və kombayn üçün qalan 11 000 avronu tələb edib. Özdemir isə borcunun 4 000 avro olduğunu və tezliklə ödəyəcəyini bildirib. Tərəflər arasında borcun məbləği ilə bağlı mübahisə qızışıb, telefonla bir-birilərinə qarşılıqlı təhqir və təhdidlər ediblər.

İddiaya görə, Özdemir hadisə günü Ahmet Üzeli ödəniş etmək üçün Afyonkarahisara dəvət edib. Üzel yanında Bekir və Noman Toprak adlı şəxsləri də aparıb. Tərəflər Ayazini kəndinin çıxışında görüşüblər. Burada baş verən mübahisədən sonra Özdermir özü ilə apardığı ov tüfəngi ilə üç nəfəri öldürüb.

Daha sonra Özdemir hadisə yerindən qaçıb və yolunun üstündə rastlaşdığı digər şəxsləri də maşınlarını qaçırmaq məqsədi ilə hədəf alıb. Şübhəli bu şəkildə daha beş nəfəri qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb.

Hadisə ilə bağlı istintaq davam edir.