İran Bəhreyn və Küveytdəki ABŞ bazalarına zərbələr endirib
31 İyul 2026
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün səhər saatlarında ABŞ qoşunlarının yerləşdiyi Küveytdəki "Əli əs-Salim" hərbi bazasına edilmiş hücumun məsuliyyətini öz üzərinə götürüb.
Bu barədə "Al Jazeera" telekanalı SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, pilotsuz uçuş aparatları üçün iki anqar, eyni zamanda, təyyarələr və hərbi helikopterlər üçün yanacaq çəni yandırılaraq məhv edilib.
İran ordusu Bəhreyndə yerləşən ABŞ-ın Şeyx-İsa hərbi bazasının kritik infrastruktur obyektlərinə də zərbələr endirib.
B barədə İran ordusnun mətbuat xidmətinin açıqlamasında deyilir.
"Əməliyyatın iyirmi altıncı mərhələsi çərçivəsində İran ordusunun zərbəçi pilotsuz uçuş aparatları Bəhreyndəki Şeyx-İsa bazasında ABŞ ordusuna məxsus elektrik generatorlarına, naviqasiya sisteminə, eləcə də inzibati və arxa təminat binalarına zərbələr endirib", - deyə məlumatda qeyd olunub.
ABŞ-İran münaqişəsinin növbəti gərginləşmə mərhələsi iyulun 8-də başlayıb. ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından sonra ilk dəfə olaraq İran ərazisinə bir neçə silsilə zərbə endirib. Buna səbəb kimi guya Hörmüz boğazında ticarət gəmisinə hücum göstərilib.
Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin dayandırıldığını elan edib. Cavab tədbirləri çərçivəsində Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazilərində yerləşən ABŞ obyektlərinə hücumlara başlayıb.
İyulun 29-da Tramp bildirib ki, ABŞ İrana qarşı zərbələri davam etdirmək niyyətindədir.