İran ABŞ-la planlaşdırılan danışıqları ləğv edib
15 İyun 2025
İran İsrailin təcavüzü davam etdikcə ABŞ ilə danışıqları mənasız hesab edir.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, hazırda əsas vəzifə İsrailə qarşı mübarizədir.
“Dialoq və diplomatiya ilə bağlı bütün bəyanatlara baxmayaraq, ABŞ İsrailin təcavüzünü dəstəklədi. Bu təcavüz də İranın mülki nüvə obyektlərinə yönəlib. Aydındır ki, belə bir şəraitdə və sionist rejimin İran xalqına qarşı təcavüzü dayandırılana qədər dialoq aparmağın mənası yoxdur”, - İran XİN Bəqaidən sitat gətirib.