Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran ABŞ-ın mümkün hücumuna “tammiqyaslı cavab” verməyə hazırlaşır

İran ABŞ tərəfindən mümkün hücum halında tammiqyaslı cavab vermək niyyətindədir.

Bu barədə "Financial Times" qəzeti mənbəyə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, Tehran Vaşinqtona münasibətdə hərbi doktrinasını yenidən nəzərdən keçirib.

Mənbənin sözlərinə əsasən, İran münaqişə başlayacağı təqdirdə ABŞ qüvvələrinə və resurslarına ciddi zərər vurmağa yönəlmiş strategiyaya keçib.

Qeyd olunur ki, bu dəfə 2020 və 2025-ci illərdə ABŞ bazalarına zərbələr zamanı olduğu kimi “simvolik hərbi cavab” olmayacaq.