İqtisadçı Fərid Mehralızadə "Abzas Media" işi üzrə həbs olunub
01 İyun 2024
İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı Fərid Mehralızadə barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Ailə üzvlərinin verdiyi məlumata görə, ona qarşı "Abzas Media-nın işi" çərçivəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq) ilə ittiham irəli sürülüb.
Mehralızadə prosesdə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyəti olmadığını deyib.
İqtisadçı həmçinin saxlanma zamanı fiziki təzyiqə məruz qaldığını qeyd edib. Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.