Logo
news content
User
Kateqoriyalar

Xəbər

İnternet sürəti rekordu qırıldı

Yaponiyada aparılan yeni araşdırma nəticəsində internet sürəti rekordu qırılıb.

Yaponiya Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutu (NICT) saniyədə 1,02 petabit informasiya ötürməklə yeni məlumat ötürmə rekordu qırıb.

Tədqiqatçılar bu sürətə yalnız bir işıq mənbəyi və optik çiplə çatdıqlarını bildiriblər.

Mövzu ilə bağlı hazırlanan hesabatda , "223 dalğa uzunluğunda kanaldan istifadə edərək, 37 nüvəli, 7,9 km uzunluğunda lif üzərində eksperimental olaraq saniyədə 1,02 petabit məlumat ötürülməsini tutduq" deyə qeyd olunub. Bu sürət o deməkdir ki, bir saniyə ərzində qlobal internet trafikinin demək olar ki, iki qatı ötürülə bilər.

Tədqiqatçılar laboratoriya mühitində aparılan bu təcrübələrin günümüzün infrastrukturuna uyğunlaşdırıla biləcəyini düşünürlər. Beləliklə, yaxın gələcəkdə saniyədə 12 500 TB məlumatlara bərabər olan 100 Pbit/s internet sürəti mümkün ola bilər.