Logo
news content
User
Kateqoriyalar

Xəbər

“InMerge 2023” İnnovasiya Sammiti çərçivəsində “IDDA Awards” innovasiya müsabiqəsinin qalibləri elan olunub

Bölgədə ən böyük innovasiya sammiti hesab edilən “InMerge” İnnovasiya Sammiti regionun aparıcı şirkətləri, startapları, QHT-ləri, eləcə də yerli və xarici investorları mümkün əməkdaşlığ müzakirə etmək üçün bir araya gətirir, bu da regiondakı innovasiya ekosisteminə müsbət təsir göstərir. 

Bakıda PAŞA Holdinqin təşkilatçılığı ilə keçirilən “InMerge” İnnovasiya Sammiti çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “IDDA Awards” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

Ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq və fəaliyyətinə dəstək olmaq, ölkə innovasiyasının inkişafında aktiv iştirak edən oyunçular arasında rəqabət mühiti yaratmaq məqsədilə keçirilən müsabiqə 13 nominasiya üzrə aparılıb. Bakı Konqres Mərkəzində baş tutan mərasimdə ictimai səsvermə və münsiflər heyətinin dəyərləndirmələrinin nəticələrinə əsasən müvafiq nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.

“Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai birliyinin sədri Ceyhun Xəlilov və birliyin digər üzvü Nihat Abdullayev də öz layihələri ilə yarışda iştirak etmişlər.  İRİA-nın təşkil etdiyi "IDDA Awards" müsabiqəsinin "İlin Texnologiya İxtiraçısı" nominasiyası üzrə Ceyhun Xəlilov birinciliyə laiq görülmüşdür.

“Apple” şirkətinin yaradıcılarından olan Stiv Voznyak da bu tədbirdə məruzəçi kimi iştirak etmiş və texnologiyanın trendlərindən danışmaqla yanaşı, həmçinin öz təcrübəsini bölüşmüşdür.