İndoneziyada vulkan püskürməsi nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb
05 Dekabr 2021
İndoneziyanın Şərqi Yava əyalətində (Yava adası) Semeru vulkanının püskürməsi nəticəsində 1 nəfər həlak olub.
Bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Reuters" agentliyi xəbər verir.
Məlumata əsasən, təbii fəlakət nəticəsində həmçinin 41 nəfər xəsarət alıb. Onlardan 35-i xəstəxanadadır və müalicələri davam etdirilir.
Yerli Lumacanq dairəsinin hakimiyyətindən bildiriblər ki, onlarla insan itkin düşüb. Onların öz evlərində qapandıqları ehtimal edilib.
Qeyd edilir ki, təbii fəlakət ərazisinə axtarış və xilasetmə əməliyyatlarının aparılması üçün helikopterlər göndəriləcək.