Logo
news content
User
Kateqoriyalar

Xəbər

İmişlidə iki məktəbli elektrik cərəyanı vurması səbəbindən həyatını itirib

İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə İmişli şəhərində 5 saylı orta məktəbin həyətində baş verib.

Məktəbin həyətində 6-8-ci sinifdə oxuyan iki məktəbli elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər. Vəfat edən məktəblilər İmişli sakinləri 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlu və Məmmədzadə Fərhan Farid oğludur.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.