Logo
news content
User
Kateqoriyalar

Xəbər

IMF "Brent" neftinin 86 dollara qədər ucuzlaşacağını proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondu (IMF) gələn il etalon "Brent" markalı neftin qiymətinin bir barel üçün 86 ABŞ dollarına qədər azalacağını gözləyir.

Bu barədə IMF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktor müavini Roberto Kardarelli fondun Yaxın Şərq və Mərkəzi Asiya dövlətləri üzrə regional iqtisadi icmalının Özbəkistanda keçirilən təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, cari ildə IMF neft kotirovkalarının orta qiymətini bir barel üçün 96 dollar səviyyəsində proqnozlaşdırır.

R.Kardarelli vurğulayıb ki, qeyd olunan proqnozlar fyuçers müqavilələri əsasında formalaşan bazar gözləntilərinə, eləcə də Süveyş kanalı və Fars körfəzi vasitəsilə enerji resursları ticarətinin normal fəaliyyətinin bərpası ilə bağlı baza fərziyyəyə əsaslanır.