
İmamoğlu öz əlyazması ilə ismarış paylaşdı - FOTO
20 Mart 2025
İstanbul Böyük Şəhər Bələdiyyəsinin bu gün səhər saxlanılan rəhbəri Əkrəm İmamoğlu sosial media hesabında öz əlyazması ilə ismarış paylaşıb.
İmamoğlunun “X” hesabında paylaşdığı qeyddə deyilir:
“Qurulan tələlərə, yalanlara, qul haqqı yeyənlərə, xalqın iradəsini oğurlayanlara lazımi cavabı millətimiz verəcək. Öncə Allaha, sonra millətimizə əmanətəm”.
Onu da xatırladaq ki, Türkiyə mediası İmamoğlunun dörd gün polis nəzarətində saxlanılacağını yazıb.
