Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlham Əliyevin sözçüsü 35 il sonra Özbəkistanda əsgər yoldaşını tapdı - VİDEO

Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov Özbəkistanda uzun illər sonra öz əsgərlik yoldaşı Uluqbek Matniyozov ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, görüşün videogörüntüləri feysbukda “Özbekistanhaber” hesabında paylaşılıb.

Məlumata görə, əsgərlik yoldaşları 35 ildən sonra Xivə bölgəsində yenidən qarşılaşıblar. Görüntülərdən Azər Qasımov və Uluqbek Matniyozovun çox səmimi şəkildə görüşdüyünü görmək mümkündür.

Onlar bir-biriləri ilə öz xatirələrini, hazırkı fəaliyyətləri barədə məlumatları bölüşüblər.