Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və onun belaruslu həmrakı Aleksandr Lukaşenko mayın 17-də Şuşa şəhərinə səfər ediblər.

Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Cıdır düzündə olublar.