İlham Əliyev Şuşa və Laçına gedib
10 May 2024
Mayın 10-da dövlət başçısı Şuşaya gəlib, burada tikinti və bərpa işləri ilə tanış olub. Əliyev birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə söhbət edib.
Daha sonra o, bir sıra tarixi obyektlərin açılış mərasimində iştirak edib.
Bundan sonra Əliyev Laçın yolunda yerləşən Turşsu qəsəbəsinin təməlqoyma mərasimində iştirak edib.
Əliyev Turşsudan Laçına gəlib, burada da rayonun yaşayış məntəqələrinin bərpa işlərinin gedişatı ilə tanış olub.