Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlham Əliyev Qəzzada müharibənin tezliklə dayandırılmasına tərəfdardır

Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasına tərəfdardır. Bu barədə bu gün prezident İlham Əliyev bildirib.

“Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır”, - Əliyev bu gün Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə danışıqların başa çatmasıyla əlaqədar mətbuata açıqlamasında bildirib.

Əliyevin sözlərinə görə, Azərbaycan bu istiqamətdə səyləri dəstəkləyir və Qahirənin təşəbbüsləri diqqətə alınmalıdır.

Öz növbəsində əs-Sisi bildirib ki, iki ölkə liderləri “Qəzzada fələstinlilər üçün humanitar yardımların həcminin artırılması istiqamətində Misirin səylərini müzakirə ediblər və 1967-ci il iyunun 4-dən əvvəlki sərhədlər çərçivəsində müstəqil Fələstin dövlətinin yaradılmasının zəruriliyini vurğulayıblar”.