Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlham Əliyev Müdafiə Sənayesi nazirini dəyişdi - SƏRƏNCAM

Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri vəzifəsindən azad edilib.

Mədət Quliyev vəzifəsindən azad edildi

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, M.Quliyev 2019-cu il iyunun 20-də bu vəzifəyə təyin edilmişdi.

İlham Əliyevin digər sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunub.



Qeyd edək ki, Vüqar Mustafayev buna qədər Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsini tutub.