İlham Əliyev Luis Bono və Toyvo Klaarı qəbul edib
06 Mart 2023
Martın 6-da dövlət başçısı İlham Əliyev ABŞ Dövlət Departamentinin Cənubi Qafqazda danışıqlar üzrə müşaviri Luis Bono və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarı qəbul edib.
Bono ilə söhbət zamanı Əliyev Münhendə Ermənistanın baş nazirilə görüşün məhsuldar olduğunu qeyd esib və sülhməramlı səylərinə görə ABŞ dövlət katibi Blinkenə təşəkkürünü bildirib.
Həmsöhbətlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması yollarını müzakirə ediblər.
İlham Əliyevlə Toyvo Klaarın görüşündə də analoji problemlərə toxunulub. Əsasən, Brüsseldə Bakı və Yerevan nümayəndələrinin görüşünün keçirilməsinin mümkünlüyü müzakirə olunub.