İlham Əliyev: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünə razılıq vermişik"
23 Aprel 2024
Azərbaycan və Ermənistan məsələnin həllinə heç vaxt olmadığı qədər yaxındır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.
“Həmin vaxt hətta “Madrid prinsipləri” üzrə razılığa gəlinmədiyini xatırladan dövlət başçısı deyib ki, o zaman sülh sazişinin layihəsi belə yox idi. İndi isə o, artıq mövcuddur. Sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır”, -İlham Əliyev əlavə edib.
COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq.
“Hazırda unikal şans yaranıb. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb. Düşünürəm ki, COP29 əla fürsətdir”, - prezident vurğulayıb.
O qeyd edib ki, Bakı Qazaxıstanda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünə razılıq verib. Əgər Ermənistan da razılaşsa, növbəti görüş Qazaxıstanda keçiriləcək.