İddia: Qazaxıstanda "Vətənin Azadlıq Cəbhəsi" yaradıldı - VİDEO
07 Yanvar 2022
Bir qrup etirazçı “Qazaxıstan Azadlıq Cəbhəsi” adlı silahlı dəstənin yaradıldığını elan edib. Qrup rəhbərləri Qazaxıstan xalqına videoformatda müraciət ediblər.
Onlar məqsədlərini ölkədəki KTMT qüvvələrinə qarşı mübarizə və ölkənin azad edilməsi adlandırıblar.
“Qazaxıstan xalqı - biz tiranlığa qarşı üsyançıyıq. Aktauda, Almatıda və digər şəhərlərdə təhlükəsizlik qüvvələri ilə döyüşürdük. Belə bir məqamda Qazaxıstana qoşun yeridilməsi vətənimizin işğalının başlanğıcı, Tokayev hökumətinin marionetka kateqoriyasına keçməsi kimi qiymətləndirilir. Əsgərlər və zabitlər, bu gün Qazaxıstanın müstəqilliyi sizdən asılıdır. Prezident Tokayev artıq konstitusiyanı pozub, ölkənin suverenliyini Belarusda Lukaşenko və Ukraynada Yanukoviç kimi Rusiyanın əlinə verib. Biz birlikdə rejimi devirəcəyik, ədalətə nail olacağıq və işğalçılara qətiyyətlə müqavimət göstərəcəyik. Biz silahlıyıq və KTMT qoşunlarını ölkəmizdən çıxarmağa hazırıq. Biz suverenliyi və ərazi bütövlüyünü istənilən qəsddən qoruyacağıq”, - videomüraciətdə deyilir.
Onlar həmçinin müstəqil üsyançı qruplar yaratmağa və təhlükəsizlik qüvvələrinə hücumlar təşkil etməyə çağırıblar.
Eyni zamanda, bu videomüraciətin saxta olduğu da iddia edilir. Bəzi mənbələr qeyd edirlər ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin etiraz aksiyası iştirakçılarını terrorçu adlandırmasın ciddi narazılığa səbəb olub. Və bunu anlayan xüsusi xidmət orqanları xalqa atəş açılması və terrorçu qruplar iddiasına haqq qazandırmaq üçün xüsusi tamaşa qurublar.