İctimai fəal Məhəmməd Kekalovun saxlanılmasının səbəbi bilindi
23 Noyabr 2023
İctimai fəal Məhəmməd Kekalov qaçaqmalçılıqda ittiham olunur, o, “Abzas Media” onlayn nəşrinin rəhbərlərinin cinayət işi üzrə cəlb edib, Daxili İşlər Nazirliyinin nümayəndəsi Turan-a bildirib.
"Məhəmməd Kekalov eyni cinayət işi üzrə (“Abzas Media” nın direktoru və baş redaktoru Ülvi Həsənli və Sevinc Vaqifqızına qarşı cinayət işi nəzərdə tutulur) cəlb edilib və 206.3.2- ci maddə (qabaqcadan əlbir olaraq qaçaqmalçılıq) üzrə ittiham olunur", - o deyib.
Xatırladaq ki, Kekalov noyabrın 20-də səhər saxlanılıb. Onun vəkili Rövşanə Rəhimova bildirib ki, Kekalovun saxlandığı yer barədə məlumat ala və onunla görüşə bilmir.
Ülvi Həsənli və Sevinc Vaqifqızı müvafiq olaraq noyabrın 20-də və 21-də saxlanılıb və xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Məhkəmə onları 4 ay müddətinə həbs edib.
Vəkil ittihamların əsassız olduğunu bildirib. Jurnalistlər özləri həbsləri “Abzas Media”nın hakimiyyətin ən yüksək eşelonlarında korrupsiya faktlarını araşdırması ilə əlaqələndiriblər.