Logo
news content
User
Kateqoriyalar

Xəbər

İaşə obyektində 4 nəfər zəhərlənib - 2 nəfər ölüb, 2 nəfərin vəziyyəti ağırdır

İaşə obyektində 2 nəfərin ölməsi, 2 nəfərin isə zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır.  Bu barədə Baş Prokurorluğun mayın 7-də yaydığı açıqlamada deyilir.

Məlumata görə, mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində Kənan Mustafayev (1998-ci ildə anadan olub) və Orxan Əmirovun (1993-cü il) ölməsi, Nicat Cabbarlı  (1991-ci il) və Xəzər Cabbarlının (1998-ci il) isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.

Məlumatda iaşə obyektinin  adı  açıqlanmır.