Logo
news content
User
Kateqoriyalar

Xəbər

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

Yəmən husiləri Bab əl-Məndəb boğazında gəmiyə hücum ediblər, hadisə nəticəsində 3 heyət üzvü ölüb.

"The Times of Israel" qəzeti xəbər verir ki, bu barədə Yəmənin sahil mühafizəsindəki mənbələr bildirib.

Nəşr hadisənin digər təfərrüatlarını, o cümlədən gəminin hansı bayraq altında üzdüyünü qeyd etməyib.

Daha əvvəl xarici media Qırmızı dənizdə yük gəmisinə hücum edildiyi barədə məlumat yaymışdı, lakin ekipajın taleyi məlum deyildi.