Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov həbs edilib

Oktyabrın 31-də "Hürriyyət" qəzeti və "Hürriyyət TV"nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) hakim önünə çıxarılıb. Bu barədə "Hürriyyət" qəzeti məlumat yayıb.

Səbail rayon Məhkəməsinin qərarı ilə V.Məmmədov 3 ay 13 gün müddətinə azadlıqdan məhrum edilib.

Vurğulandığına görə, o, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

"Hürriyyət" Səbail rayon Məhkəməsinin bu qərarını sifarişli və tamamilə əsassız hesab edir.