Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Huawei"n axırına çıxırlar - Şəbəkələrdən silinəcək

ABŞ-ın telekommunikasiya tənzimləyicisi Çinin telekommunikasiya nəhəngləri sayılan "Huawei" və "ZTE" tərəfindən istehsal olunan avadanlıqların yerli şəbəkələrdən çıxarılması üçün əlavə 3 milyard dollar pul xərcləməli olacaq.

Federal Rabitə Komissiyasının sədri Cessika Rozenvorsel Senatın Ticarət, Elm və Nəqliyyat Komitəsinin sədri senator Maria Kantuellə göndərdiyi məktubda bununla bağlı məlumatı çatdırıb.

Onun sözlərinə görə, xərclərin bərpası proqramı 4,98 milyard dollar tələb edəcək ki, bu da 3,08 milyard dollarlıq əlavə vəsait deməkdir.

Onun bildirdiyinə əsasən, Konqres silinmə prosesini maliyyələşdirmək üçün cəmi 1,9 milyard dollar ayırıb. Bu səbəbdən şirkətlərə xərclərin yalnız 40%-i ödəniləcək.