Hörmüz boğazından gündə təxminən 9 milyon barel neft daşınır
12 Avqust 2026
ABŞ-nin energetika naziri Kris Rayt bildirib ki, son bir həftə ərzində Hörmüz boğazından gündəlik daşınan neftin orta gündəlik həcmi təxminən 9 milyon barelə çatıb.
O, bunu "X" sosial şəbəkə hesabında açıqlayıb.
"ABŞ hərbçilərinin və Fars körfəzindəki müttəfiqlərimizin əlaqələndirilmiş səyləri sayəsində son yeddi gün ərzində Hörmüz boğazından orta neft ixracı gündə təxminən 9 milyon barelə çatıb", - o yazıb.
Nazirin sözlərinə görə, əgər bu yaxınlarda təkmilləşdirilmiş boru kəmərləri və ixrac terminalları vasitəsilə regiondan gündə əlavə 5-7 milyon barel ixracı da nəzərə alınsa, ümumi neft daşınması hazırda gündə orta hesabla 15 milyon barel təşkil edir.
K.Rayt qeyd edib ki, təkcə bazar günü Fars körfəzi regionundan 20 milyon bareldən çox neft ixrac edilib ki, bu da İranla münaqişədən əvvəlki orta göstəricini üstələyir.