Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hindistanda təyyarə qəzasında 310 nəfər həlak olub

Hindistanın qərbində "Air India" aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" təyyarəsinin qəzaya uğraması nəticəsində 310-dan çox insan həlak olub.

Bu barədə "The New Indian Express" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan təyyarənin göyərtəsində olan sərnişinlərdən 241 nəfəri həlak olub. Daha 75 nəfər isə hava gəmisinin çırpıldığı yataqxanada olanlardır.

Bir sərnişin qəzadan sağ çıxıb.

Qəzanın quş dəstəsinin mühərrikə çırpılması nəticəsində baş verdiyi əsas versiya sayılır.

Qeyd edək ki, bu gün Əhmədabad-London reysinin yerinə yetirən təyyarə hava qalxdıqdan az sonra idarəetməni itirib və yataqxananın üzərinə düşüb.