Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

Kasurda (Pakistan) sərhəd bölgəsində Hindistan Sərhəd Təhlükəsizliyi Qüvvələrinin (BSF) atəş açması nəticəsində 2 pakistanlı ölüb, 1-i isə yaralanıb.

Bu barədə "Dawn" qəzeti təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Ladhar kəndinin 3 sakini sərhəd dirəyindən bir neçə addım uzaqlaşdıqdan sonra Hindistan sərhədçiləri xəbərdarlıq etmədən onlara atəş açıblar.

Mənbələr iddia edir ki, həmin 3 şəxs silahsız olub və sərhəd hasarını keçməyə cəhd etməyib.

Pakistan mənbələri baş verənləri sərhəd razılaşmasının və Pakistanla Hindistan arasındakı sərhədi tənzimləyən standart prosedurların pozulması kimi qiymətləndirib.

Hindistan mediası ölən şəxsləri sərhədi pozmağa cəhd göstərməkdə şübhəli bilinən şəxslər kimi təqdim edib. Pakistan tərəfi bu versiyanı rədd edir.