Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hərbi əsirlərin mübadiləsi bu gün Qazax və İcevan sərhədində olacaq

Dekabrın 13-də günün birinci yarısında Ermənistan-Azərbaycan sərhədində Qazax rayonunda hərbi əsirlərin  mübadiləsi keçiriləcək. Bu barədə beş gün əvvəl elan edilib, Turan agentliyinə məlumatlı mənbələrdən bəlli olub.

Azərbaycanın 32 erməni hərbçini, Ermənistanın isə iki azərbaycanlı əsgəri azad edəcəyi gözlənilir.

Erməni hərbçilər 2020-ci ilin dekabrında Hadrut rayonunda və ondan sonrakı dövrdə Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrində və Qarabağın özündə əsir düşənlərdir.

İki azərbaycanlı əsgər 2023-cü ilin aprelində Qafan şəhəri ərazisində əsir götürülüb.