Heqset: ABŞ ordusu İrana qarşı döyüş əməliyyatlarının bərpasına hazırdır
30 May 2026
ABŞ Silahlı Qüvvələri İrana qarşı hərbi əməliyyatların mümkün bərpasına tam hazır vəziyyətdədir.
Buu barədə Pentaqonun rəhbəri Pit Heqset Sinqapurda yerləşən ABŞ-nin universal aviadadaşıyıcı gəmisi "USS Boxer"ı ziyarəti zamanı bəyan edib.
Onun sözlərinə görə, İran öz nüvə proqramını ya dayandırmaq, ya da ABŞ hərbçiləri ilə üz-üzə gəlmək seçimi qarşısındadır.
"Prezidentin (ABŞ Prezidenti Donald Trampın) öz administrasiyasının nümayəndələri ilə görüşdə qeyd etdiyi kimi, "İranın iki yolu var - ya düzgün yol seçib danışıqlar masasında razılaşma əldə edərək nüvə proqramından imtina etmək, ya da solumda dayanan adamla üzləşmək". Elə oldu ki, o adam mən idim, amma, əslində, mən deyiləm - bu, sizsiniz, uşaqlar", - Heqset deyib.