Logo
news content
User
Kateqoriyalar

Xəbər

HƏMAS İsraillə atəşkəsə razılaşıb

HƏMAS lideri Qətər və Misir rəsmilərinə Qəzzada atəşkəs razılaşması təklifi ilə razılaşdığını bildirib.

Bu barədə HƏMAS hərəkatının rəsmi “Telegram” kanalında məlumat verilib.

“HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani və Misirin Kəşfiyyat naziri Abbas Kamelə zəng edərək, hərəkatın atəşkəs razılaşması təklifi ilə razılaşdığını bildirib”, - məlumatda deyilir.

Xatırladaq ki, qısa müddət öncə “Al Jazeera“ telekanalı hərəkatdakı yüksək rütbəli mənbəyə istinadən məlumat vermişdi ki, Həmas Qətər və Misir vasitəçilərinə Qəzzada atəşkəs təklifi ilə razılaşdıqları barədə məlumat verib.