Həbsxanada aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - Vəkil
18 May 2024
13 saylı cəzaçəkmə müəssisəsində həbs cəzası çəkən Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyevin səhhəti pisləşib. Lakin ona ixtisaslaşmış tibbi yardım göstərilmir, bu barədə Turan-a mayın 17-də Hacıyevlə görüşən vəkil Fəxrəddin Mehdiyev bildirib.
Vəkilin sözlərinə görə, mayın 16-da Hacıyevin qan təzyiqi "çox yüksəlib" və onun qaldığı baraka feldşer çağırılıb. İki gün əvvəl həkimlər bankiri müayinə edib və onda hipoksiya (hüceyrələrə və orqanlara kifayət qədər oksigen daxil olmaması) aşkar edib. Bundan başqa, Hacıyev hipertoniya, aritmiya, qalxanabənzər vəzin problemlərindən əziyyət çəkir və son vaxtlar bu xəstəliklər ağırlaşıb, deyə Mehdiyev sözünə davam edib.
Lakin çox sıxlıq olan barakda saxlanılma şəraitində effektiv müalicə aparılması mümkün deyil, deyə vəkil bildirib.
Hacıyevi sanitariya hissəsinə və ya həbsxana xəstəxanasına köçürməkdən isə imtina edirlər.
Hacıyev mayın 1-dən 10-na qədər effektiv tibbi yardımın göstərilməməsinə etiraz əlaməti olaraq aclıq edib.
* ABB ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs olunub. 2016-cı ilin oktyabrında o, 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sonradan cəza müddəti daha 1,5 il uzadılıb.
Hacıyev 4 mlrd. manata qədər pul vəsaitini mənimsəməkdə və israf etməkdə ittiham olunur. Lakin onun vəkilləri bu ittihamların etibarlı dəlillərlə təsdiq edilmədiyini bildiriblər.